EN

Flik: “Çox qol buraxsaq da, “Real”dan fərqli, çox qol vururuq”

“Barselona”nın baş məşqçisi, almaniyalı mütəxəssis Hans-Diter Flik “blauqrana”nın oyun üslubuna dair açıqlama verib.

Arena.az məlumat verir ki, Flik bu barədə çağırdığı mətbuat toplantısında söhbət açıb:

“Bir çox adam düşünür ki, biz riskli oynayırıq. Mən bu barədə hətta alman qəzetlərində oxuyuram. Ancaq əgər digər komandalara baxsaq, məsələn, “Real”a, onda onlar da çoxlu qol buraxırlar, bizim aramızdakı fərq o qədər də çox deyil. Ancaq bizim komandamız xeyli artıq qol vurub.

Bizim üslubumuz riskli ola bilər, amma mənə, bizim necə oynamağımız xoş gəlir. Bizə, özümüzü təşkilatlanmış komanda olaraq göstərmək gərəkdir”.

33 oyundan 76 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Blauqrana”nı 2-ci pillədən 72 xalla “Real” təqib edir.

Chosen
0
arena.az

1Sources