Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.
“Qeyd-şərtsiz atəşkəs amerikalıların təklif etdiyi modeldir. Biz ona əməl edirik. Bəli, 30 gün cəhd edək. Niyə 30 günlük atəşkəs olmasın?”, - deyə Zelenski vurğulayıb.
Zelenski Rusiya Prezidenti Vladimir Putinin mayın 7-dən 9-dək üç gün ərzində elan etdiyi atəşkəsi teatr tamaşası adlandırıb. Dövlət başçısı vurğulayıb ki, iki-üç günə müharibə bitdikdən sonra növbəti addımlar üçün hansısa plan hazırlamaq mümkün deyil. O, həmçinin əlavə edib ki, yüksəkkeyfiyyətli monitorinq olmadan tam atəşkəsə nail olmaq mümkün deyil.