EN

Ağcabədidə qanunsuz tikili söküldü

Ağcabədidə

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Ağcabədi rayonunun Xocavənd kəndində fiziki şəxs Seymur Əliyevin qanunsuz tikinti aparması faktı aşkarlanıb. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən FHN-ə müraciət olunub. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir nəticəsində qanunsuz tikili sökülüb. Söküntü prosesində Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra nümayəndələri iştirak edib. Faktla bağlı müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO

Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı

Selena Qomezin nişanlısı müğənninin qəribəliklərini üzə çıxarıb

Chosen
0
ulusum.az

1Sources