BAKI, 3 may. TELEQRAF
Moskva və bütün Rusiyanın Patriarxı Kirill bu gün Bakıya gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın Patriarxının mətbuat xidməti məlumat yayıb .
Heydər Əliyev Hava Limanında Patriarx Kirilli Bakı və Azərbaycan yepiskopu Aleksiy, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev qarşılayıblar.