Dünən saat 16:00 radələrində Türkiyənin İzmir vilayətinin Torbalı rayonuna bağlı Çaybaşı məhəlləsində qəribə və bir o qədər də diqqətçəkən hadisə yaşanıb.
Bizim.Media “musavat.com”a istinadÉ™n xÉ™bÉ™r verir ki, pivÉ™ daşıyan TIR-ın qoÅŸqusu hÉ™lÉ™lik mÉ™lum olmayan sÉ™bÉ™bdÉ™n Çaybaşı svetaforunun yaxınlığında yırtılıb. NÉ™ticÉ™dÉ™ yüzlÉ™rlÉ™ pivÉ™ qutusu yola sÉ™pÉ™lÉ™nib.
Şahidlərin sözlərinə görə, ətrafda olan vətəndaşlar yola səpələnmiş pivə qutularını toplamaq üçün bir-biri ilə yarışa giriblər. Kimisi qutuları qucaqlayaraq aparıb, kimisi avtomobilinə yükləyib.
Şirkət nümayəndələri zədələnməmiş qutuları toplayıb, əzilib istifadəyə yararsız olanları isə ətrafdakı insanlara buraxıblar. Hadisə qısa müddətdə sosial mediada da geniş yayılıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media