EN

Qvardiola karyerasında fasilə vermək istəyir

Xosep Qvardiola bildirib ki, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasilə verəcək.

Yenisabah.az xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:

“İnsanlar məni necə yadda saxlamaq istəyirlərsə, elə də xatırlasınlar. “Mançester Siti” ilə müqavilə bitdikdən sonra fasilə götürmək niyyətindəyəm. Təqaüdə çıxacağam, ya yox, – bilmirəm, amma mütləq ara vermək istəyirəm.

Bütün məşqçilər qalib gəlmək və arxada nəsə yadda qalan bir şey buraxmaq istəyir. Düşünürəm ki, “Barselona”, “Bavariya” və ‘Siti’ azarkeşləri komandalarımın oyununu izləməkdən zövq alıblar”.

Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.


Telegram kanalımız
Chosen
0
8
yenisabah.az

9Sources