EN

PSJ Kimpembenin də xidmətindən məhrum oldu

Fransa nəhəngi PSJ parislilərin 29 yaşlı fransalı mərkəz müdafiəçisi Presnel Kimpembenin xidmətindən məhrum olub.

Arena.az bu barədə PSJ-nin rəsmi saytına istinadən məlumat verir:

“Sağ ayaq pəncəsinin ayaqdarağının ikinci sümüyünün şişi ilə üzləşmiş Presnel Kimpembe növbəti bir neçə həftə ərzində fiziki yüklənmələrdən kənar olmalı olacaq”, – Paris klubunun mətbuat xidməti bildirib.

Kimpembenin yaşıl meydanlara qayıdacağı dəqiq tarix məlum deyil.
Xatırladaq ki, daha əvvəl PSJ komandanın aparı siması, 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin xidmətindən, futbolçunun zədə səbəbilə məhrum olub.

Presnel Kimpembe futbola “Eranyi” klubunda qədən qoyub, buradan PSJ-nin akademiyasına yol taparaq, püxtəşəlib və 2013-cü ildə parsililərin heyətində böyük futbolda debüt edib. Kimpembenin PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kimpembe parislərin üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.

Kimpembenin PSJ-də çıxışının ümumi mənzərəsi 241 oyun, 3 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Presnel Kimpembe 2018-ci ilin mart ayında bebür edtdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 28 oyun keçirib. Kimpembe “xorzular”la, Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının qalibi olub və həmçinin 2021-ci il UEFA Millətlər Liqasını qazanıb.

Klub səviyyəsində qənimətlərinə gəlincə, Kimpembe PSJ ilə Frsansa Liqa 1-in (9 dəfə), Fransa Kubokunun (5 dəfə), Fransa Liqa Kubokunun (4 dəfə) və Fransa Super Kubokunun (6 dəfə) qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Presnel Kimpembe əslən Konqo Demokratik Respublikasındandır. Milli komanda səviyyəsində tarixi vətəninin U-21 yığmasında çıxış etmiş Kimpembe, sonradan Fransa bayrağı altına keçməyə qərar verib.

Chosen
0
arena.az

1Sources