Bakı. Trend:
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının102-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və“Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı iləpaytaxtın Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyasıtəşkil edilib.
Trendxəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları vəstruktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirakediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsıztullantılardan təmizlənərək burada Abşeron yarımadasınıntorpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin,yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtdaekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətindəgörülən işlərin davamıdır.
Qeyd edilib ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsiüçün suvarma məsələlərin həll edilib, cavabdehlərmüəyyənləşdirilib.
İl ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluqvə abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.