ABŞ Rumıniya ilə vizasız rejimi ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Daxili Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.
"Rumıniya 2025-ci il yanvarın 9-da bu siyahıya daxil edilib, lakin bu təyinat 2025-ci il mayın 2-də ləğv edilənə qədər həyata keçirilməyib", - departament bildirib.
Yeni qaydaların martın 31-də qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin Daxili Təhlükəsizlik Departamenti araşdırma aparmaq üçün proqramı dayandırıb. Nəticədə sərhəd və immiqrasiya təhlükəsizliyini təmin etmək məqsədilə onun ləğv edilməsi barədə qərar qəbul edilib.