EN

Misli Premyer Liqası: "Zirə" gümüş medalları təmin edib

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün bir oyunla start verilib.

"Zirə" açılış matçında "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.

Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb. Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.

Chosen
0
7
cbcsport.az

10Sources