TBİLİSİ, 3 may. TELEQRAF
Gürcüstanda saxlanılan İnterpolun qırmızı xətti ilə axtarılan Azərbaycan vətəndaşı barəsində həbs qətimakn tədbiri seçilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Hakim prokurorluğun vəsatətini təmin edib. Saxlanılan şəxs sərhədi qanunsuz keçməkdə ittiham olunur.