EN

Tovuzda qadını avtomobil vuraraq öldürüb VİDEO

Tovuz, 2 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
6
azertag.az

8Sources