İran çempionatında 28-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, lider "Traktor" səfərdə "Şams Azar"ın qonağı olub.
Qarşılaşma Təbriz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 64-ə yüksəldən "Traktor" mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Cənubi Azərbaycan klubu ən yaxın izləyicisi olan "Sepahan"ı 8 xal qabaqlayır.
"Şəms Azar" - "Traktor" 0:4
Qollar: Drozdek, 2, 31, Hüseynzadə, 9, Alveş, 84.
Bizim.Media