Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməmiş və o, tibbi nəzarətə götürülüb.
Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edir və bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmət standartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərini həyata keçirməyə davam edir.