EN

“Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsinin icrası uğurla davam edir – FOTOLAR

VIII qrant müsabiqəsinin qalibi olan “Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsinin icrası uğurla davam edir.

Layihə çərçivəsində keçirilən təlimlərdə şagirdlərə obraz üzərində iş prosesi izah edilir, aktyorluq bacarıqlarının səhnə və gündəlik həyatda inamlı və təsirli olmağa necə kömək etdiyi nümayiş etdirilir. Bununla yanaşı, şagirdlər “Bir həyətin hekayəti” mövzusunda kitabından seçdikləri mövzu əsasında səhnələşdiriyi tamaşanı Yasaml rayon 336 nömrəli orta məktəbdə nümayiş etdilər. Layihənin rəhbəri Lalə Qasımova qonaqlara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra 53 və 336 nömrəli məktəblərin direktorları Tünzalə Zeynalova və Gülnar Qurbanova iştirakçılara uğurlar arzuladılar.

Xatırladaq ki, layihə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktor müavini Lalə Qasımova tərəfindən həyata keçirilir və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə icra olunur. Layihə, şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsi, incəsənət vasitəsilə sülh mədəniyyətinin aşılanması məqsədini daşıyır. Hər məşq günü 4 saat olmaqla 10 gün müddətində tamaşa hazırlanır və məktəbin 100 nəfər azyaşlı şagirdləri üçün 3 dəfə səhnələşdirilir.

Chosen
0
2
veteninfo.az

3Sources