EN

Premyer Liqa: “Səbail”in Şamaxı, “Sabah”ın Mərdəkan sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Şamaxı” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək.

Bu, sözügedən komandaların 27-ci görüşüdür. Əvvəlki 26 oyunda “Şamaxı” 8, “Səbail” 9 qələbə qazanıb, 9 görüşdə də bərabərlik qeydə alınıb. “Səbail” son 2 qarşılaşmada qol vurmayıb. “Şamaxı” son 6 ev matçında uduzmayıb.

“Araz-Naxçıvan” isə “Sabah”ı qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüşün baş hakimi Kamal Umudlu olacaq.

Bu komandaların əvvəlki 8 çempionat matçında isə “Araz-Naxçıvan” cəmi 1 qələbə qazanıb, “Sabah” 3 dəfə 3 xala sevinib, 3 görüşdə də heç-heçə qeydə alınıb. “Sabah” son 5 görüşdə qol vurub və uduzmayıb. “Araz-Naxçıvan” evdəki son iki qarşılaşmada məğlub olub.

Premyer Liqanın 33-cü turunun qalan görüşləri mayın 4-də keçiriləcək.

Premyer Liqa
33-cü tur

2 may

“Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Akif Əmirəli, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

3 may

“Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. “Dalğa Arena”, 19:30.

4 may

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 18:00

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 20:00.

Chosen
0
3
arena.az

10Sources