EN

Ayaqqabı nəhəngləri Trampdan rüsumların ləğvini xahiş etdilər

BAKI, 3 may. TELEQRAF

Ayaqqabı istehsalı ilə məşğul olan “Adidas”, “Nike” və “Crocs” kimi şirkətlər ABŞ Prezidenti Donald Trampdan bu sənaye sahəsi üçün rüsumları ləğv etməyi xahiş ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ən böyük ayaqqabı istehsalı brendlərinin nümayəndələrinin prezidentə məktubunda deyilir.

"Aşağı və orta gəlirli zəhmətkeş ailələr üçün əlçatan qiymətə ayaqqabılar istehsal edən bir çox şirkətlər bu qədər yüksək tarif dərəcələrinə tab gətirə, eləcə də xərclərini ödəyə bilmirlər", - sənəddə vurğulanır.

Açıq məktubu imzalayanlar arasında "Adidas", "Nike" və "Crocs" şirkətləri var. Şirkət nümayəndələri Trampın rüsumlarını əhalini əlçatan qiymətə ayaqqabı əldə etmək hüququndan məhrum edən amil adlandırıblar.

Xatırladaq ki, daha əvvəl ABŞ-dəki limanların rəhbərləri kütləvi işdən çıxarılma təhlükəsi səbəbindən ölkə senatını rüsumları ləğv etməyə çağırıblar.

Chosen
0
teleqraf.com

1Sources