EN

Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ÖLDÜ

Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
0
17
bizim.media

10Sources