EN

Formula 1-in Mayami Qran-prisi daha 10 il keçiriləcək

Formula-1 üzrə dünya çempionatının Mayami mərhələsinin müqavilə müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə yarışın təşkilatçısı və Formula 1 rəhbəri Stefano Dominikali açıqlama yayıb.

Florida ştatı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) arasında əvvəlki müqavilə 2031-ci ilə qədər qüvvədə idi. Yeni razılaşmaya əsasən, Mayami Qran-prisinin keçirilmə müddəti əlavə 10 il müddətinə – 2041-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, Mayami Qran-prisi ilk dəfə 2022-ci ildə Formula 1 təqviminə daxil edilib. Dünya çempionatının növbəti yarışı bu bazar günü baş tutacaq.
Chosen
0
1
sherg.az

2Sources