EN

Liqa 1: “Nitsa” “Reyms”i xalsız yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Nitsa” doğma meydanda “Reyms”lə üz-üzə gəlib. Meydan sahibləri bu rəqibi bir cavabsız qolla məğlub ediblər.

32-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
32-ci tur

2 may

Nitsa – Reyms 1:0
Qol: M.Sanson, 15.

3 may

19:00. Strasburq – PSJ
21:00. Tuluza – Renn
23:05. Sent Etyen – Monako

4 may

17:00. Nant – Anje
19:15. Oser – Havr
19:15. Brest – Monpelye
19:15. Olimpik (Lion) – Lans
22:45. Lill – Olimpik (Marsel)

Chosen
0
arena.az

1Sources