İndoneziyanın Bali adasında bu gün günortadan sonra elektrik enerjisi kəsilib.Bu barədə “Indoneziya Expat” məlumat yayıb.
Elektrik enerjisi yerli vaxtla 15-16:00 radələrində kəsilib və adanın əksər hissəsinə təsir edib.
Enerji şirkəti PLN Bali bildirib ki, qəza Yava adasından Baliyə gedən sualtı kabelin zədələnməsi səbəbindən baş verib.