EN

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

 

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
15
sfera.az

10Sources