EN

Şirvanda ağır qəza - Bir ailənin 4 üzvüyaralandı

Ajans.az xəbər verir ki,hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib. Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
5
Ajans.az

6Sources