EN

Almaniyanın əks-kəşfiyyat agentliyi ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını ekstremist partiya elan edib

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi (əks-kəşfiyyat agentliyi) Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını ekstremist kimi elan edib.

Departament bu qərarı partiya nümayəndələrinin, xüsusilə miqrant və müsəlmanların azlıqlara qarşı ədalətsiz rəftarı ilə izah edib. “Qaçqınlar və miqrantlar əleyhinə davam edən təbliğat bu qrup insanlara qarşı qərəz, kin və qorxunun yayılmasına və dərinləşməsinə xidmət edir”, – əks-kəşfiyyatın bəyanatında deyilir.

Qeyd olunur ki, AfD müsəlman ölkələrindən mühacirət etmiş Almaniya vətəndaşlarını cəmiyyətin bərabərhüquqlu üzvü kimi tanımır. Partiya üç il ərzində yoxlamalara məruz qalıb. AfD nümayəndələrinin bəyanatları və davranışları, o cümlədən sağ ekstremist qruplarla əlaqələri öyrənilib. Son üç ştat parlamentinə (Landtaq) seçkilər üçün seçki kampaniyası zamanı partiyanın fəaliyyətinə xüsusi diqqət yetirilib.
Xatırladaq ki, aprelin sonunda keçirilən sorğunun nəticələrinə görə, “Almaniya üçün Alternativ” respondentlərin 26%-nin dəstəyi ilə Almaniyada ən populyar siyasi qüvvə olub. Bu, partiyaya rekord səviyyədə dəstəkdir. Fevral ayında Bundestaqa növbədənkənar seçkilər keçirildi və bu seçkilərdə AfD 20,8% səslə tarixdə ilk dəfə ikinci yeri tutdu. Seçkilərdə Xristian Demokrat və Xristian Sosial Birlikləri bloku qalib gəlib.

//Samir Qurbanov, Editor.az

Chosen
0
2
editor.az

5Sources