EN

Premyer Liqa: “Zirə” gümüş medalları təmin etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş oyunu Rəvan Həmzəzadə idarə edib.

Bu, sözügedən komandaların 12-ci oyunu olub. Əvvəlki 11 oyunda “Zirə” 6, “Turan Tovuz” 3 qələbə qazanmışdı, 2 görüşdə bərabərlik qeydə alınmışdı. “Turan Tovuz” son 2 oyunda qol vurmamışdı. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnmişdi.

Bu oyunda isə qələbəni meydan sahibləri bayram ediblər. “Zirə” bu qələbə sayəsində ardıcıl ikinci mövsüm Premyer Liqanın gümüş medallarını təmin edib. Bu komanda hazırda 67 xalla ikinci, “Turan Tovuz” isə 49 xalla dördüncüdür.

Premyer Liqa
33-cü tur

2 may

“Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.

Chosen
0
3
arena.az

10Sources