EN

Ramiz Mehdiyevin villası 8 milyon dollara satışa çıxarıldı

Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.

 

Pravda.az demokrat.az-a istinadən xəbər verir ki, villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.

 

Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir.

Tarix: 2 May 2025, 22:22   
Chosen
0
22
pravda.az

10Sources