EN

Çili sunami təhlükəsi səbəbindən evakuasiyanı ləğv edib

Çili Milli Fəlakət İdarəetmə Xidmətinin direktoru Alisiya Sebrian sunami təhlükəsi ilə əlaqədar elan edilən Magallanes bölgəsi sakinlərinin təxliyyəsinin ləğv edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Vətəndaşların profilaktik təxliyyəsi ləğv edilib, lakin Dəniz Hidroqrafik və Okeanoqrafiya Xidmətinin növbəti xəbərdarlığına qədər onların çimərliklərə və sahil ərazilərinə yaxınlaşmasına hələ də icazə verilmir”, – Sebrian mətbuat konfransında deyib.

Mayın 2-də günorta saatlarında Çilinin cənubunda, Puerto Uilyamsdan 218 km aralıda 7,5 bal gücündə zəlzələ baş verib. Bununla əlaqədar sunami təhlükəsi elan edilib.

Chosen
0
nocomment.az

1Sources