EN

Trampın müşaviri postuna köməkçisi ƏSAS NAMİZƏDDİR

Ağ Ev rəhbərinin köməkçisi Stiven Miller ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə əsas namizəd hesab olunur.

Bzim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidentinin Müşaviri Mayk Uolts ötən gün vəzifəsindən istefa verib. ABŞ dövlət katibi Marko Rubioya müvəqqəti olaraq prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsi həvalə olunub.

Daha sonra Tramp Uoltsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin ediləcəyini açıqlayıb.

Bizim.Media

Chosen
0
bizim.media

1Sources