EN

Ateizmə dair bir neçə qeyd ...

Ateizm insan psixikası üçün zəruri sayılan təsəlli və ümidi insanın əlindən alır. Bu ona görədir ki, ateist nöqteyi-nəzər ölümü son dayanacaq hesab edir. Bu baxımdan xərçəng şişi tapılan və yaşamağa ümidi qalmayan şəxsi ateist dünyagörüşü təsəlli edə bilmir, əksinə, onun iztirablarını artırır.

***

Ateizm Allahı çıxdaş etməklə varolmadakı mənanı axtaran insanı nəinki hər növ ümiddən məhrum buraxır, həm də ondakı qeyri-müəyyənliyi mürəkkəb hala gətirir. Çünki ateizm qeyri-müəyyən dünya təqdim edir; ateizmin dünyasında müəyyən edilmiş heç nə yoxdur, hər şey fərdlərin seçiminə buraxılmışdır. Bu baxımdan həyata, dünyaya ateistcəsinə baxış normativ, konseptual həyat tərzi və əxlaq sistemi ilə üst-üstə düşmür.

***

Tanrı yoxdursa, nüfuz yoxdur; nüfuz yoxdursa, göstəriş və qadağalar mənasızdır; “ Tanrı yoxdursa, “hər şey (əxlaqən) icazəlidir”, – demək mümkündür”...

Tanrı yoxdursa, əxlaqı qoruyub-saxlamaq mümkün deyildir. Bəşəriyyət düşünürdü ki, Allah olmadan da əxlaqı mühafizə edə bilər. Amma bu, baş vermədi...

Tanrıya inanmadan, bəlkə də, yaxşı olmaq olar, amma O olmadan xeyir konsepsiyasını əsaslandırmaq mümkün deyil...

Chosen
0
vaxt.az

1Sources