EN

Tramp 2026-cı ildə ABŞ-nin müdafiə xərclərini 13% artırmağı təklif edir

Mayın 2-də ABŞ prezidenti Donald Tramp 2026-cı il federal büdcə təklifində ölkənin müdafiə xərclərini 13% artıraraq 1,01 trilyon dollara çatdırmağı təklif edib.

Sənəd Ağ Evin saytında dərc olunub.

"Müdafiə xərclərinə gəlincə, prezident 2026-cı maliyyə ili üçün onu 13% artıraraq 1,01 trilyon dollara çatdırmağı təklif edir", - sənəddə deyilir.

Daxili təhlükəsizlik məsələlərində büdcədə 175 milyard dollar məbləğində “tarixi investisiyalar” nəzərdə tutulduğu və bunun sərhəd təhlükəsizliyinə nail olmaq üçün zəruri olduğu vurğulanır.

Chosen
0
aznews.az

1Sources