EN

Balabəy Ağayev “Böyük Dəbilqə”nin qalibi oldu

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə təşkil edilmiş “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün start verilib.

Yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxıb. Onlardan Balabəy Ağayevin çıxışı daha uğurlu alınıb. 60 kq-da mübarizə aparan idmançımız 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib. Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.

66 kq-da çıxış edən Yaşar Nəcəfov 1/8 finalda Exson Safarzodaya (Tacikistan), 1/4 finalda Nurmuxamet Botobaya (Qazaxıstan) qalib gəlib. O, yarımfinalda Obid Djebova (Tacikistan) uduzduğundan bürünc medal uğrunda Artyom Şturbabinlə (Özbəkistan) qarşılaşıb. Təəssüf ki, Nəcəfov bu dueldən də məğlub ayrılıb və 5-ci yeri tutub.

Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb. Turnirə mayın 4-də yekun vurulacaq.

Chosen
0
1
arena.az

6Sources