EN

Məşhur müğənninin yanan evdən meyiti tapıldı

Amerikalı müğənni və bəstəkar Cil Sobule 67 yaşında yanğında dünyasını dəyişib.

Xarici KİV-in yaydığı məlumata görə, bu barədə sənətçinin meneceri Con Porter məlumat verib.

Sobulenin meyiti mayın 1-də Minnesota ştatının (ABŞ) Vudberi şəhərindəki evində tapılıb.

Səlahiyyətlilər yanğının səbəblərini araşdırır.

Qeyd edək ki, müğənni “Clueless” filmi üçün yazılan “Supermodel” satirik mahnısı, 1995-ci ildə buraxılan və “Billboard Top 20”yə daxil olan “I Kissed a Girl” treki sayəsində şöhrət qazanıb.

Chosen
0
1
news365.az

2Sources