Rusiya hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 14:40-dan 15:40-a qədər Rusiya regionları üzərində üç pilotsuz təyyarəni məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 14:40-dan 15:40-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını məhv edib: ikisi Kursk vilayətinin ərazisi, biri Krım Respublikasının ərazisi üzərində”, – hərbi idarənin bəyanatında deyilir.