
2025-ci ilin I rübündə "Rabitəbank"ın problemli kreditləri 2,49 milyon manat və ya 10,4% artaraq 26,36 milyon manata çatıb. Bu artım, bankın ümumi kredit portfelində problemli kreditlərin payının 2,8%-dən 3,0%-ə yüksəlməsinə səbəb olub. Ən böyük artım biznes kreditləri portfelində müşahidə olunub; burada problemli kreditlər 2,09 milyon manat artaraq 22,15 milyon manata çatıb.İstehlak kreditləri üzrə problemli kreditlər isə 404 min manat artaraq 4,16 milyon manata yüksəlib. Bu göstəricilər, bankın kredit portfelinin keyfiyyətində müəyyən risklərin artdığını göstərir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Qəzzaya Yardım Yolu və Regional Ssenarilər