BAKI, 2 may. TELEQRAF
Vaşinqton 2026-cı ildə müdafiə üçün ayırdığı maliyyəni 2025-ci illə müqayisədə 13% artırmaq qəraına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “TASS” agentliyi xəbər verib.
Məlumata görə, ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır. Bu barədə Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün federal büdcə layihəsində əksini tapıb.
Sənədə görə, Vaşinqton müdafiə xərcinin həcmini 2025-ci maliyyə ili ilə müqayisədə 13% artırmaq niyyətindədir.