EN

ADPU-da süni intellekt və müasir pedaqoji yanaşmalar mövzusunda beynəlxalq görüş keçirilib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Miçiqan Dövlət Universitetinin texnologiya və insan öyrənməsi üzrə professoru Duqlas K. Hartman və Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor Dilek Altun ilə görüş keçirilib. Görüşdə ADPU-nun prorektorları - Eldar Aslanov, Asəf Zamanov, Könül Pirverdiyeva, ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Nərgiz Səfərova iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi süni intellektin təhsil sahəsində tətbiqi, müasir pedaqoji yanaşmalar və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı elmi-praktik müzakirələrin təşkili, eyni zamanda, ADPU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində professor Dilek Altun və professor Duqlas K. Hartman ADPU-nun müəllim və işçi heyətinə “Məktəbəqədər yaşda süni intellekt savadlılığı”, “Gənc şüurlara süni intellektin təqdim edilməsi: erkən uşaqlıq təhsilində süni intellektin əsasları” və “Tədris və öyrənməni gücləndirən süni intellekt ilə təkmilləşdirilmiş peşəkar inkişafın dizaynı” mövzularında təlim keçiblər.

 

Chosen
0
2
azertag.az

3Sources