2025-ci ilin birinci rübü ərzində Bakı Limanı vasitəsilə 1,9 milyon tondan çox yük aşırılıb.
Referans xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artım nümayiş etdirir.
Limanın konteyner daşımaları da əhəmiyyətli bir artım göstərib.
Bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 126% artım deməkdir. Bu rəqəm, 16 754 TEU daha çox yük daşınması deməkdir.
Həmin dövrdə Bakı Limanında aşırılmış digər yüklər aşağıdakılardır:
30 034 TEU konteyner
13 711 ədəd təkərli texnika
7 765 ədəd vaqon
366 min ton quru yük
377 min ton neft və neft məhsulları
Bu artım, Bakı Limanının regionda mühüm ticarÉ™t vÉ™ logistika mÉ™rkÉ™zi kimi rolunun güclÉ™ndiyini vÉ™ yüklÉ™rin daha effektiv ÅŸÉ™kildÉ™ daşındığını göstÉ™rir. Â