Bu ilin yanvar-mart aylarında Bakı Limanı vasitəsilə 1,9 milyon tondan artıq yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,8 faiz çoxdur.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatına görə, hesabat dövründə 30 034 TEU konteyner aşırılıb ki, bu da 2024-cü ilin yanvar-mart aylarının göstəricisini 126 faiz üstələyir.
Bu ilin ilk rübündə aşırılan yüklər:
- 30 034 TEU konteyner,
- 13 711 ədəd təkərli texnika,
- 7 765 ədəd vaqon,
- 366 min ton quru yük,
- 377 min ton neft və neft məhsulları.