EN

Sabiq “Real”lı Qətər millisinin baş məşqçisi təyin olundu

“Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqi Qətər yığmasının baş məşqçisi təyin olunub.

Msport.az xəbər verir ki, bu barədə məlumatı Qətər Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə yayıb.

Lopeteqinin Qətər millisi ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədə olacaq. Razılaşma Qətər Futbol Assosiasiyasının baş katibi Mənsur Əl-Ənsari tərəfindən assosiasiyanın Əl-Bidda qülləsindəki qərargahında imzalanıb. İspan mütəxəssis bu postda həmyerlisi Luis Qarsiyanı əvəzləyib.

Lopeteqi Qətər millisini DÇ-2026-nın seçmə mərhələsinin qalan oyunlarında çalışdıracaq. Onun debüt matçı iyunun 5-də İran yığmasına qarşı keçiriləcək ev oyunu olacaq.

Chosen
0
msport.az

1Sources