EN

Ölkədən çıxışı məhdudlaşdırılanlara elektron bildiriş göndəriləcək

Vətəndaşlara barələrində olan məhdudiyyət tədbirləri barədə elektron bildiriş göndərilməsi ilə bağlı hazırda iş gedir.

Heftelik.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev “Ölkədən çıxışına “Stop” qoyulanların məlumatlandırılması ilə bağlı APA-nın sualına cavabında deyib.

Elşad Hacıyev qeyd edib ki, bu, hər bir vətəndaşın barəsində olan məhdudiyyət tədbirindən xəbərdar olmasına imkan verəcək.

Chosen
0
5
heftelik.az

7Sources