EN

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin qalibi oldu

Azərbaycan cüdoçusu Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Demokrat.az
xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda yerli idmançı Mehrzod Sufiyevə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Yaşar Nəcəfov (66 kiloqram) isə bu gün üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Artyom Şturbabinlə üz-üzə gələcək.

Chosen
0
3
demokrat.az

4Sources