EN

Aİ Ukrayna məsələsində vasitəçilik etməyəcək

ABŞ bu roldan imtina edərsə, Avropa İttifaqının Ukraynadakı münaqişənin sülh yolu ilə həllində vasitəçi rolunu oynamaq planları yoxdur.

Publika.az "RİA Novosti" xəbər verir ki, bu barədə Avropa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ənvər əl-Anuni məlumat verib.

"Bizim prioritetimiz Ukraynanın möhkəm mövqeyini təmin etməkdir. Biz Ukraynaya hərbi yardımı artırmağa davam edirik. Aİ artıq bu il 23 milyard avro dəyərində yardım vəd edib", - deyə Anuni bildirib.

Aİ nümayəndəsi qeyd edib ki, Avropa Parlamentinin səyləri Ukraynanın “özünümüdafiə hüququnu” dəstəkləmək üçün ona hərbi yardım göstərməyə yönəlib.

Chosen
0
20
publika.az

10Sources