Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, DGK bununla bağlı məhkəməyə müraciət edib və şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə günahkar bilinib.
Məlumatda qeyd edilir ki, məhkəmənin qərarı ilə, QSC rəhbərliyi 1500 manat məbləğində cərimə olunub.
Tribunainfo.az-ın qısa araşdırması zamanı məlum olub ki, “Lukoil Azərbaycan” QSC ayda-ildə bir dəfə məhkəmə çəkişməsində olan şirkət deyil. Bu şirkət son bir ildə dəfələrlə məhkəməyə verilib və cərimə olunub. Məsələn, QSC ötən ilin ortalarında İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsini pozub. Nizami Rayon Məhkəməsi şirkəti 500 manat cərimə edib.
Və ya ötən ilin dekabrında şirkət yenə analoji səbəbdən, yəni yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məhkəmə çəkişməsində olub. Bu dəfə Sumqayıt Şəhər Məhkəməsi protokola baxıb və cərimə qərarı çıxarıb.
Amma məsələ budur ki, baş verənlər şirkətin daha çox nizam-intizamsız olması ilə yanaşı, həm də məsuliyyətsiz olmasını demək üçün də əsas yaradır. Nəzərə alaq ki, “Lukoi Azərbaycan” şirkəti ölkəmizdə yanacaq satışı ilə məşğul olur. Bu məqsədlə onlarla Yanacaq Doldurma Məntəqəsinə sahibdir. Həmin YDM-lərdə isə gün ərzində minlərlə avtomobil benzin, dizel vururlar.
Kifayət qədər həssas işlə məşğul olan bu şirkətin yanğın təhlükəsizlik qaydalarına riayət etməməməsi nə deməkdir? Bu o demək deyil ki, Allah iraq eləsin, xırda bir yanğın haddisəsi yüzlərlə insanın həyatı üçün risk yaradar? Bir şirkət bu qədər məsuliyyətsiz olar ki, oddan təhlküəli maddələrin satışını həyata keçirdiyi halda, yanğından mühafizə tədbirləri görmür?
Məsələ belədir ki, “Lukoil Azərbaycan” təkcə yanğın təhlükəsilziyi məsələsində deyil, müştərilərə heç də təmiz olmayan yanacaq satmaqla da ad çıxarıb. Hələ bir müddət əvvəl şirkətə məxsus YDM-də avtomobillərin yanacaq çənlərinə su vurulması məsələsi ortaya çıxmışdı. Sürücülər “Lukoil Azərbaycan”ın YDM-dən benzin vurduqlarını, lakin su çıxdığını bildirmişdilər. Hətta bununla bağlı videogörüntü də yaymışdılar.
5Sources
-
news24.az“LUKOIL-Azərbaycan”da nə baş verir? ( 16930913)
-
editor.az“LUKOIL-Azərbaycan”da nə baş verir? ( 16934849)
-
pravda.az“LUKOIL-Azərbaycan”da nə baş verir? ( 16928372)
-
demokrat.az“LUKOIL-Azərbaycan”ın təhlükləli yanğın təhlükəsilziyi tədbiri: Bakıya qoyulmuş “bomba”, yoxsa YDM? ( 16926851)
-
tribunainfo.az“LUKOIL-Azərbaycan”ın təhlükləli yanğın təhlükəsilziyi tədbiri: Bakıya qoyulmuş “bomba”, yoxsa YDM? ( 16916687)