EN

Minimum əmək haqqı prinsipi saatlıq sistemdə necə qorunacaq? - AÇIQLAMA

Minimum əmək haqqı prinsipi saatlıq sistemdə necə qorunacaq? - AÇIQLAMANövbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid planlaşdırılır. Bu dəyişikliklə bağlı Əmək Məcəlləsində təklif olunan dəyişikliklər hazırda müzakirə edilir. Saatlıq maaş sisteminə keçid işçilərin əməkhaqqına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a İqtisadçı ekspert Natiq Cəfərli danışıb:

Minimum əmək haqqı prinsipi saatlıq sistemdə necə qorunacaq? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, saatlıq əməkhaqqı sisteminə keçid bir çox qanunvericilik aktlarında dəyişiklik tələb edəcək:

"Çünki hazırda Azərbaycanda minimum əmək haqqı aylıq müəyyən edilir və bu anlayış bir çox qanun layihələrində də öz əksini tapıb. Bu isə kifayət qədər ciddi məsələdir. Hazırda minimum əmək haqqı 400 manat təşkil edir. Əgər bir ayın 24 günü iş günü kimi götürülərsə və bu məbləğ saatlara bölünsə, ortaya çox kiçik bir rəqəm çıxır. Bu isə göstərir ki, saatlıq əməkhaqqı sisteminə keçid daha yüksək tariflərlə hesablanmalıdır.

Əslində bu sistemin tətbiq mexanizmi hələlik tam aydın deyil. Məsələn, qanunvericiliyə görə işçiyə minimum əmək haqqından aşağı məbləğ ödənilə bilməz. Bəs bu prinsip saatlıq əmək haqqı sistemində necə qorunacaq? Minimum saatlıq məbləğ necə müəyyən ediləcək? Hansı normativ baza tətbiq olunacaq? Bu suallar hələ cavabsızdır.

Bununla belə, bu proqressiv bir yanaşmadır. Çünki dünyanın bir çox ölkəsində artıq uzun müddətdir ki, saatlıq iş rejimi tətbiq olunur. Əgər bu sistem əmək haqlarının artımı ilə müşayiət olunarsa, o zaman əhali üçün də müsbət nəticələr verə bilər".

Vüsalə İbrahimli

Chosen
0
sonxeber.az

1Sources