EN

PSJ-də müəmma: "Arsenal"la cavab oyunu buraxacaq?

PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının yarımfinalının "Arsenal"la ilk oyununda zədələndikdən sonra qrupla məşq etməyib.

Publika.az xəbər verir ki, fransalı futbolçu həmin oyunda yeganə qolu vursa da, sonradan zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.

"L'Équipe"-nin məlumatına görə, Dembelenin bud nahiyəsində problem var. Lakin o, tibbi müayinədən keçməyib. Komanda yoldaşlarından fərqli olaraq, idman zalında fərdi çalışır. Onun şənbə günü keçiriləcək "Strasburq"la oyunu buraxacağı da gözlənilir.

Demebelenin "Arsenal" ilə cavab oyununa hazır olacağı proqnozlaşdırılır.

Chosen
0
1
publika.az

2Sources