EN

XRİTDX: Dövlət qurumlarına müxtəlif növ kiberhücumlar olur

Azərbaycanda ən çox rast gəlinən kibercinayətlər vətəndaşkara istiqamətlənmiş cinayətlərdir.

APA-Economics” xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə panel müzakirəsi zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Nadir Novruzov deyib.

“Oğurlanmış vəsaitlər təkcə kiminsə pul əldə etməsi deyil, həm də kibercinayətkarlığın başqa yolları üçün də əldə edilir. Azərbaycanda hansısa kiberhücumun konkret bir növü var desək, düz olmaz. Biz Xidmət olaraq dövlət qurumlarına istiqamətlənın hücumları analiz edəndə müxtəlif növ hücumlarım olduğunu görürük. Bunlar fişinqlər, zərərvericilərin göndərilməsi, kibercəsusluq və digər hücumlardır”, - deyə o bildirib.

Chosen
0
1
apa.az

2Sources