EN

Uşaqlar yaz tətilini necə keçirməlidirlər?

BAKI, 2 may. TELEQRAF

Mayın 1-dən ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib. Tətil mayın 5-nə qədər davam edəcək.

️Bəs, uşaqların tətili necə təşkil olunmalıdır?

Mövzu ilə bağlı Teleqraf-a danışan psixoloq Könül Abbasova uşaqların tətili necə səmərəli keçirə biləcəyi ilə bağlı valideynlərə tövsiyələr verib.

“Yay fəslinin gəlməsinə ən çox sevinən uşaqlardır. Məktəbəqədər dörvdə olan uşaqların sevinci isə daha artıqdır. Çünki onlar dərs məsuliyyətindən bir müəyyən azad olurlar. İstirahət etmək, sərbəst olmaq onlara xoş gəlir. Bir psixoloq olaraq valideynlərə məsləhətimiz budur ki, övladlarını günəşli, dənizkənarı, oksigenlə bol olan yerlərə aparsınlar. Daha sonra komandalara bölünərək yarış tipli oyunlarda iştirak etsinlər. Uşaqlara mükafatlar vermək, onları əməyə alışdırmaq lazımdır. Onları yeməklərin hazırlanmasına, süfrənin düzəldilməsinə, evdə təmizlik işlərinə cəlb etmək lazımdır.

Axşamlar onlara uşaq kitabları oxuyaraq biblioterapiya vasitəsi ilə yeni biliklər öyrətmək olar. Həyətda hansısa bitkilər, ağaclar, təbiət haqqında məlumat vermək olar. Tətil günlərində də onları dərslə yükləmək olmaz".

Bir müddətdən sonra yay tətili başlayacaq. Uşaqlara yayda elmi bilikləri məhz əyləncə şəklində ötürmək lazımdır. Tətil müddətini telefonlardan asılı qalaraq keçirənlər də olur. Valideynlər çalışmalıdırlar ki, övladları planşetdən uzaq, açıq havada təbiətlə təmasda olsunlar. Müxtəlif idman yarışlarında, qaçışlarda iştirak edə bilərlər”.

Psixoloq qeyd edir ki, bu ərəfədə daha çox uşaqların öz ideyalarını, kreativ fikirlərini tətbiq etmələri nəzərə alınmalıdır:

“Nələrsə düzəltmək, gül-çiçək dəstələri yığmaq uşaqlara zövq verir. Uşaqlar tətili gözlədikləri üçün faydalı olmaq şərti ilə onların istədiklərini etməklərinə icazə vermək lazımdır. Oynadıqları oyunlar inkişaf etdirici olmalıdır. Uşaqlar düşərgə tipli istirahət zonalarında yarışmalara, bilik viktorinalarına qatıla bilərlər. Uşağın keçirdiyi tətil onun yeni dərs ilinə də təsir edir. Yaxşı istirahət edib, əmək qabiliyyəti artarsa, bu onun dərs fəaliyyətində də özünü göstərəcək”.

Chosen
0
teleqraf.com

1Sources