Bakı. Trend:
Azərbaycan media qurumlarına kiberhücumun kim tərəfindən vəhansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistemqeydlərinin təhlili aparılıb, zərərverici proqram təminatınınizləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizihəyata keçirilib.
Trend xəbərverir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibridtəhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid NamazovKomissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, araşdırma hücumun yalnız texniki deyil,eyni zamanda, psixoloji təsir yaratmağa yönəlib, yüksək səviyyədətəşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyiniortaya çıxarıb.
“Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləritərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumlarınmotivinə gəlincə isə, böyük ehtimalla bunun səbəbi bir qədər öncəbaş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədidaşıyıb.
Hücum üçün təhrikedici bəhanə bir sıra media resurslarınınadlarını çıxışımın sonunda qeyd edəcəyim hər iki məsələ ilə bağlısüjetlər və araşdırma materialları hazırlamaları idi. Məqsəd isəmedia sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyisarsıtmaq idi”, - deyə R.Namazov qeyd edib.