EN

Bir sıra media resurslarımıza qarşı kiberhücumlar həyata keçirilib – Ramid Namazaov

Bakı. Trend:

Cari il fevralın 20-də bir sıra media resurslarımıza qarşıkiberhücumlar həyata keçirilib. Budəfəki hücumları əvvəlkilərdənfərqləndirən cəhət isə tətbiq edilən vasitələr və hücumun həmxüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ Komissiyamızındiqqətini cəlb edib.

Trend xəbərverir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibridtəhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid NamazovKomissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum oldu ki,10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formadavə siyasi motivi olan kiberhücumlar həyata keçirilib.

“Mütəxəssislərin rəyinə görə, bu hadisə indiyədək ölkəmizdə başvermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxiləəməliyyatlarından biri olub. Burada, həmçinin əsasən xüsusi xidmətorqanları tərəfindən geniş istifadə olun “yalançı bayraq” və ya“saxta bayraq” kimi adlandırılan əməliyyatın həyata keçirildiyiməlum olub.

Kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkarbiliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan vəmüstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılıb. Əldəedilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb”, - deyə Komissiyasədri qeyd edib.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources