EN

Erik Dayer mövsümün sonunda “Bayern”i tərk edəcək - Rəsmi

“Bayern”in 31 yaşlı ingilis mərkəz müdafiəçisi Erik Dayer cari mövsümün başa çatması ilə Münhen klubundan ayrılacaq.

Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl Dayerin azad agent qismində Knyazlıq klubu “Monako”ya keçə biləcəyi haqda məlumat yayılıb.

Erik Dayer 2024-cü ilin yanvar ayında “Tottenhem”dən icarə əsasında “Bayern”ə keçib. Bir müddət sonra ingilis futbolçunun icarə müddəti bitdikdən sonra Almaniya nəhənginin düşərgəsində qalacağı açıqlanıb.

Dayer cari mövsümdə “Bayern”in heyətində bütün yarışlar çərçivəsində 25 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Dayerin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 45 oyun, 2 qol və 1 məhsulsar ötürmədən ibarətdir.

Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avro məbləğ müqabilində “Tottenhem”ə satıb.

Erikin futbolçu karyerasının böyük hissəsi “Tottenhem”də keçib. Dayer “mahmızlar”ın heyətində 365 oyuna çıxıb, 13 qol və 12 məhsular ötürmə ilə fərqlənib. Amma Dayer böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

Erik Dayer 2015-ci ilin noyabr ayında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis mərkəz müdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
arena.az

1Sources